Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonuna Böyük Britaniyalı qonaqlar səfər etmişdir

31 may 2018 | 16:00

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri xanım Karol Krofts mayın 31-də Şamaxı rayonuna səfər etmişdir.

Səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə görüş keçirilmişdir. İcra başçısı qonaqlara rayonun tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı, turizm potensialından, son vaxtlar həyata keçirilən layihələrdən və fəaliyyət göstərən müəssisələrdən danışmışdır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson rayonda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində aparılan işlər, xüsusilə şərabçılığın inkişafı və gələcək potensialı ilə maraqlanmış, qonağa sahibkarlığa, eləcə də üzümçülük və şərabçılığın inkişafına dövlət dəstəyi barədə ətraflı məlumatlar verilmiş, üzümçülüyün Şamaxının kənd təsərrüfatının aparıcı sahəsi olduğu bildirilmişdir.

Sonra qonaqlar Şamaxı Cümə məscidi və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olmuşlar.

Keçidlər