Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlara bayram hədiyələri təqdim olunmuşdur

28 dekabr 2012 | 16:00

Respublikamızın hər yrində olduğu kimi, Şamaxı rayonunda da 31 Dekabr—Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük təntənə ilə qeyd olunmaqdadır. Qarşıdan gələn Yeni il bayramı münasibətilə rayon mərkəzinin müxtəlif görməli yerlərində qurulmuş yolkalar Şamaxı şəhərinə xüsusi gözəllik verir. Həmçinin rayon icra hakimiyyətinin hazırladığı tədbirlər planına uyğun olaraq həmin yolkaların ətrafında müxtəlif əyləncəli tədbirlər keçirilir, kollektiv üzvləri təbrik olunur və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Dekabrın 27-də Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Asif Məmmədovun adından uşaq bağçaları-körpələr evinin uşaqlarına və şəhər ümumtəhsil məktəblərinin birinci və ikinci sinif şagirdlərinə bayram payları paylanılmışdır. Şən musiqinin müşayəti ilə keçirilən bu tədbirlərdə 1500 nəfər uşağa rayon rəhbərinin bayram payı çatdırılmışdır.
 

Keçidlər