Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti Başçısı idman ictimaiyyəti ilə görüşü keçirdi.

26 dekabr 2012 | 16:00

2012-ci il “İdman ili”nin yekunu ilə əlaqədar olaraq Şamaxı rayon icra hakimiyyətinin akt zalında 25 dekabr 2012-ci il tarixində Rayon İcra Hakimiyyəti Başçısının idman ictimaiyyəti ilə görüşü keçirilmişdir.
Keçirilən tədbirdə Rayon İcra hakimiyyətinin məsul işçiləri, bədən tərbiyəsi və idman ictimayətinin nümayəndələri iştirak edirdilər. Tədbiri Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı cənab Asif Məmmədov açıq elan etdikdən sonra çıxışlar başanıldı. Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov 2012-ci ildə Şamaxı rayonunda Bədən tərbiyəsi və İdman sahəsində görülmüş işlər və qarşıda duran məsələlər haqqında geniş məruzə etdi. Tədbirdə bədən tərbiyəsi və idman sahəsində çalışan məşqçi-müəllimlər və Beynəlxalq yarışlarda və Respublika birinciliklərində mükafata layiq görülmüş idmançılar çıxış etdikdən sonra, rayon rəhbəri cənab A.Məmmədov rayonda idman sahəsində olan problemlər və idmançıları narahat edən məsələlər haqqında müraciətləri dinlədi və bu sahədə mövcud problemlərin həlli üçün aidiyyatı təşkilatlara lazımı göstərişlər verdi. Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Asif Məmmədov idman sahəsində çalışan məşqçi-müəllimləri, Respublika birinciliklərində və Beynəlxalq yarışlarda qalib gəlmiş idmançılara Fəxri fərmanlar və qiymətli hədiyyələr tətif etdi. Sonda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Asif Məmmədov ilə idmançılar xatirə şəkilləri çəkdirdilər.
 

Keçidlər