Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə kurslar keçirilir

19 fevral 2018 | 16:00

Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə fevralın 19-da 85 saylı Şamaxı Dairə Seçki Komissiyasının inzibati binasının iclas zalında dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilmişdir.

3 gün davam edəcək kurslar cari ilin aprel ayında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da təkmilləşdirilməsi məqsədi daşıyır. Kursun birinci günündə iştirakçılara seçki prosesində icra olunacaq müxtəlif prosedurlarla bağlı məşğələlər keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov tərəfindən “Seçici siyahıları ilə işin aparılması, seçki qabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev və MSK-nın bölmə müdiri Kəmalə Əliyeva tərəfindən “Seçki prosesində KİV-lərin rolu yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzuları tədris olunmuşdur.

Daha sonra 85 saylı Şamaxı Dairə Seçki Komissiyasının sədri Hüseyn Rəcəbovun iştirakı ilə “Seçici siyahıları ilə iş qaydası” mövzusunda seminar keçirilmişdir.

Məşğələdə aşağı seçki komissiyalarının sədrləri seçki prosesləri ilə bağlı ətraflı məlumatlandırılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

Kursların keçirilməsi 21 fevral 2018-ci il tarixdə başa çatdırılacaqdır.

Keçidlər