Şamaxıda Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şamaxıda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin banisi, xalqımızın Ulu Öndərinin xatirəsini dərin ehtiramla yad edərək Heydər Əliyev parkında dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzmüşlər.
Şamaxı şəhər Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə çıxış edənlər bu gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, onlara xoş arzularını çatdırmışlar. Çıxışçılar bu gün ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparıldığını, bu siyasətin təməlində isə Ulu öndər Heydər Əliyevin ideyalarının dayandığını qeyd etmişlər. Vurğulanmışdır ki, ölkəmizdə 1993-cü ildən başlayaraq bütün istiqamətlərdə olduğu kimi, gənclər sahəsində də vacib addımlar atılmışdır ki, görülən işlərin nəticəsi olaraq bu gün gənclərimiz böyük nailiyyətlərə imza atır, cəmiyyətdə mühüm rol oynayırlar.
Tədbirdə həmçinin, rayonda 2017-ci ildə görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılmış, rayon gənclərinin rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak etdikləri diqqətə çatdırılmışdır. Gənclərin fəallığı, onların bilikləri bu gün müasir müstəqil Azərbaycan Respublikasını daha da gücləndirir, gənclərimizin sorağı beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından eşidilir.
Tədbirdə fəal gənclər çıxış edərək bildirmişlər ki, bu gün gənclərə göstərilən diqqət və qayğı, dövlətin bütün sahələrdə həyata keçirdiyi uğurlu, məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt, işıqlı gələcəyə doğru inamla addımlayır.
Sonra rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gəncə Fəxri Fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Sonda gənclərlə xatirə şəkli çəkilmişdir.