Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir
Dekabrın 29-da Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl qonaqlar və digər iştirakçılar mərkəzin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova açaraq tədbir iştirakçılarını salamlamış, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, əsası Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixindən danışmışdır.
Tədbir İncəsənət Təhsili Mərkəzinin Xalq çalğı alətləri orkestrinin ifası, incəsənət ustalarının ifa etdikləri musiqi nömrələri və balacaların rəqsləri ilə davam etmişdir.