Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Şamaxıda bayram tədbiri keçirilmişdir
Dekabrın 28-də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə azyaşlı uşaqlar üçün bayram şənliyi tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova açaraq tədbir iştirakçılarını salamlamış, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixindən və uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır.
Tədbir balacaların rəqsləri, ədəbi-bədii kompozisiyaları və müxtəlif səhnəciklərlə davam etmişdir.
Şaxta babanın və Qar qızın, nağıl qəhrəmanlarının çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirmişdir.