Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı Qadınlar Şurasının YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş konfransı keçirilmişdir

21 noyabr 2017 | 16:00

Noyabrın 21-də Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı Qadınlar Şurasının YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş konfransı keçirilmişdir.

Heydər Əliyev Mərkəzində keçirilmiş konfransda Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal qadınları, rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclər iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər.

Konfransı giriş sözü ilə YAP Şamaxı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülnisə Ələkbərova açaraq yaradılmasının 25-ci illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrildiyini qeyd etmişdir. 1992-ci ildə Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanı düşdüyü bütün bəlalardan xilas etmək yolunda atılan ilk müdrik addımlardan birinin Yeni Azərbaycan Partiyasının yaradılması olduğunu diqqətə çatdıraraq YAP-ın qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına çevrildiyini vurğulamışdır. Bildirmişdir ki, çox çətin dövrdə yaradılmış bu partiya Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu günün və sabahın qarantı demək idi. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi - “Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır... Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaq”.

Gülnisə Ələkbərova qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirmişdir.

Sonra çıxış edən Mərkəzi Rayon Xəstəxanasının şöbə müdiri Nəzakət Abdulrazaqova, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məleykə Kamilova və muzeyin elmi işçisi Könül Eyvazova Ümümmilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini qeyd etmişlər. Bildirilmişlər ki, YAP ötən 25 il ərzində qarşısında duran - Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaradılması kimi əsas vəzifələri uğurla yerinə yetirmişdir. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanmışdır.

Keçidlər