Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında mini-futbol çempionatı keçirilmişdir

10 oktyabr 2017 | 16:00

Şamaxıda Gənclər və İdman Nazirliyi, rayon İcra Hakimiyyəti və Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə mini-futbol idman növü üzrə rayon çempionatı keçirilmişdir.
Şamaxı Olimpiya Mərkəzində keçirilmiş yarışda rayonun idarə, müəssisə və təşkilatları olmaqla ümumilikdə 100 nəfər iştirak etmişdir.
Yarış Beynəlxalq Mini Futbol Federasiyasının qaydalarına uyğun olaraq Olimpiya sistemi üzrə keçirilmişdir.
Yarışın oktyabrın 10-da gərgin keçən final mərhələsində I yerə Şamaxı rayon Polis şöbəsi, II yerə Şamaxı rayon Qaz İstismar idarəsi layiq görülmüşdür.
Qalib komandalar Şamaxı rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomu və Vergilər Nazirliyinin Tədris Mərkəzinin kuboku ilə, o cümlədən ən yaxşı hücumçu, ən yaxşı müdafiəçi və 1 nəfər veteran idmançı diplomla mükafatlandırılmışdır.
Yarışın bağlanış mərasimində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, Vergilər Nazirliyinin Tədris Mərkəzinin direktoru Əli Həsənov və Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək qalib gələn komandaları və bütün yarış iştirakçılarını təbrik etmişlər.

Keçidlər