Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı həm də yaşıllıqlar diyarına çevrilir

01 dekabr 2012 | 16:00

Son il yarım ərzində Şamaxı rayonunda tikinti-quruculuq işləri ilə yanaşı onun yaşıllaşdırılması və ekoloji cəhətdən təmizliyi də xüsusi diqqət mərkəzində saxlanılır. Noyabr və dekabr aylarında “Şamaxını yaşıllıqlar diyarına çevirək” devizi ilə kütləvi ümumrayon iməciliklərinə start verilmişdir. Qısa müddət ərzində rayonun bütün idarə və müəssisə kollektivlərinin, kənd və qəsəbələrin sakinlərinin qatıldığı bu xeyirxah tədbirdə 4 mindən çox ağac əkilmişdir.
Ağaclar əsasən Bakı-Şamaxı magistral yolunun rayon ərazisindən keçən hissəsinə və şəhərin müxtəlif yerlərinə əkilmişdir. İməcilik zamanı sərv, çinar, akasiya və digər ağac növlərindən istifadə edilmişdir. Əkilən ağaclara daimi aqrotexkiki qulluq göstərilir.
İməciliklərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının, Diaqnostika Mərkəzinin, şəhər ümumtəhsil məktəblərinin, 1 saylı ixtisaslaşdırılmış internat evinin kollektivləri daha fəal iştirak etmişlər.
“Şamaxını yaşıllıqlar diyarına çevirək” kampaniyası davam edir.
 

Keçidlər