MİRZƏ MƏHƏMMƏD HƏSƏNƏ HƏSR OLUNMUŞ TƏDBİR
Qədim Şamaxı torpağının laiqli yetişdirmələrindən biri də Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvanidir. O, ustad Kərbəlayi Əli Əkbərdən dərs alaraq bir çox muğamların məhşur ifaçısı və yaradıcısı kimi ad-san qazanmışdır. Mirzə Məhəmmədhəsən vaxtilə Şamaxıda Mahmud Ağa tərəfindən təşkil olunan məclislərin əsas aparıcılarından biri olmuşdur. O, həm də Fələkzadə təxəllüsü ilə xeyli qəzəllər yazmışdır.
Noyabrın 17-də Şamaxı rayon mədəniyyət sarayında ustadi-əzəm Mirzə Məhəmmədhəsənin 160 illiyinə həsr olunmuş ədəbi- bədii gecə keçirilmişdir. Gecədə onun həyatı və yaradıcılığı haqqında məlumat verildikdən sonra tamaşaçılara “Şur” dəsgahı təqdim olunmuşdur. Tədbirdə respublikanın Xalq artisti Zabit Nəbizadənin, respublikanın Əməkdar artisti Şirzad Fətəliyevin, ustad xanındələr Ağakərim Nafizin, Tofiq Hacıyevin, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad İsrafilovun, gənc istedadlar Mirələm Mirələmovun, Zeynal Əhmədovun və başqalarının çıxışları hərarətlə qarşılanmışdır.