Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda qışa hazırlıqla bağlı müşavirə

14 noyabr 2012 | 16:00

2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı Şamaxı rayonunda görülmüş islər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov açıb və 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla bağla rayonda görülmüş işlər, qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Müşavirədə payız-qış mövsümünə hazırlıqla baglı bir sıra tapşırıqlar verilib.
Məruzə ətrafında rayon elektrik şəbəkəsinin direktoru Fateh Namazov, qaz istismar idarəsinin rəisi Ənvər Əliyev, təhsil şöbəsinin müdiri Səadət Veysova, mədəniyyət və turizm şöbəsinin müdiri Məleykə Kamilova çıxış edərək payız-qış mövsümünə hazırlıqla bağlı görüləcək işlərdən danışıblar.
Müşavirədə qeyd edilib ki, şəhər ərazisində yerləşən idarə, müəssisə və təşkilatların əksəriyyəti mərkəzləşdirilmiş qaydada Şamaxı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən istiliklə təmin olunur. Sahənin balasında 13 qazanxana vardır ki, onlardan yeddisi qışa hazır vəziyyətdədir. Fəaliyyəti dayandırılmış altı qazanxanada isə müasir tipli istilik şəbəkələri qurulmuşdur. Qazanxanalarda istilik xətləri, tüstü boruları, nasos və digər qurğular, eləcə də elektrik xətləri və avadanlıqlar təmir edilmişdir. Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Şamaxı şəhərinin küçələrində 1285 p/m istismara yararsız qaz kəmərləri yenisi ilə əvəz olunmuşdur. Avtomobil yollarında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə qreyderlər, buldozerlər, avtomobillər, qoşqulu traktorlar təmir edilərək saz vəziyyətə gətirilmişdir. Şəhər əhalisinin icməli su ilə təmin edən Pirsaat nasos stansiyasında olan elektrik mühərrikləri və nasoslar təmir olunmuşdur. Şamaxı şəhərinin qərb hissəsini içməli su ilə təmin edən "Ağabəyli" su mənbəyindəki 200 m3 həcmli metal su ambarı tam təmir edilmişdir. Rayonu elektrik enerjisi ilə təmin edən 110 Kv-luq 1 Agsu-Şamaxı hava elektrik verilişi xəttində 20 və 73 saylı dayaqların, 110 kv-luq I Ağsu-Şamaxı hava elektrik verilişi xəttində xəttində 43 saylı dayaqlar dəyişdirilmişdir.
Müşavirəyə rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov yekun vurub.
 

Keçidlər