Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Şamaxı filialında III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu keçirilir

18 may 2017 | 16:00

Azərbaycan Dövlət Pedaqoji Universiteti, onun Şamaxı filialı, Amasiya Universiteti, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Amasiya Azərbaycan Türkləri Kültür-Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu işə başlamışdır.
Bu gün də davam edən Simpoziumda Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Türkiyə Respublikası Amasiya Universitetinin rektoru Metin ORBAY, həmçinin İtaliya, Özbəkistan, Makedoniya, Kosova, Qazaxıstan, İsveç və Rusiyadan, eləcə də ölkəmizin müxtəlif şəhər və rayonlarından alim və tədqiqatçılar iştirak edir.
Simpozium günlərində iştirakçılar zəngin tarixi keçmişə və füsunkar təbiətə malik Şamaxıda Cümə məscidi, Tarix-Diyarşünaslıq muzeyi, Ömər Sultan ziyarətgahı və Dədəgünəş türbəsini ziyarət edəcəklər.

Keçidlər