Şriftin ölçüsü :

Saytın rəngi :

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulmuşdur

06 may 2017 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə mayın 6-da yekun vurulmuşdur.
Yarışın 164 kilometrlik bu mərhələsində iştirakçılar saat 09:30-da Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürərək İsmayıllı-Ağsu-Şamaxı marşrutu üzrə hərəkət ediblər. Yürüş iştirakçıları Vergilər Nazirliyinin Pirquludakı Tədris Mərkəzinin qarşısında finiş xəttini keçmişlər.
Əvvəlki illərdən fərqli olaraq, marşruta Ağsu dolaylarının da əlavə edilməsi mübarizəyə əlavə rəng qatıb. Veloturun ən çətin dağ mərhələsinin qalibi ABŞ-ın “İlluminate” komandasının təmsilçisi Edvin Avila olmuş, Rusiyanın “Gazprom-Rusvelo” və İtaliyanın “Wilier Triestina” klublarının nümayəndələri İldar Arslanov və Aleks Turrin müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.
Yürüş iştirakçılarını Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təltif etmişlər.

Keçidlər