Şriftin ölçüsü :

Saytın rəngi :

"Tour d’Azerbaidjan-2017" veloyürüşünün iştirakçıları Şamaxıda

04 may 2017 | 16:00

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı, Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017" beynəlxalq veloyürüşünün iştirakçıları Şamaxı rayonu ərazisindən keçmişlər.
Veloyürüşün 2-ci mərhələsi çərçivəsində iştirakçılar Veloparkdan start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər. Paytaxtı tərk edən velosipedçilər Qobustan rayonundan sonra Şamaxı rayonu ərazisindən keçməklə ümumilikdə 187 km qət etmiş və İsmayıllıda qalibi müəyyənləşdirmişlər.
“Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turu 5 mərhələdən ibarətdir və velosipedçilər beş gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 836 kilometrdən çox məsafə qət edəcəklər.

Keçidlər