Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda qanvermə aksiyası uğurla başa çatmışdır

07 noyabr 2012 | 16:00

Noyabrın 6-da Şamaxı rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Heydər Əliyev Fondunun, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Qanköçürmə İnstitutunun və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu aksiyada Şamaxı rayonun bütün idarə və müəssisələrinin, kənd və qəsəbələrinin nümayəndələri həvəslə iştirak etmişlər.
Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, 500 nəfərdən çox rayon sakini qan vermək məqsədilə Hemotologiya və Qanköçürmə İnstitutunun əməkdaşlarına müraciət etmişdir. Onlardan 165 nəfərdən qan götürülmüşdür.
 

Keçidlər