Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə seminar müşavirə keçirilmişdir.

03 mart 2017 | 16:00

2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 15 fevral 2017-ci il tarixli hesabat yığıncağının qərarından irəli gələn vəzifələrin həlli ilə əlaqədar seminar müşavirə keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 2017-ci ildə keçirəcəyi zonalar üzrə seminar müşavirənin gündəlik cədvəli tərtib edilib.
İlk seminar müşavirəsi 02 mart 2017-ci il tarixdə Şəmkir şəhər, Çinarlı, Kür, Zəyəm və Dəllər qəsəbələri üzrə İcra nümayəndəliklərinin, bələdiyyələrin və Rayon Statistika idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Keçidlər