Şamaxıda Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 24-də Şamaxıda faciə qurbanlarının xatirəsi anılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Tədbirin keçirildiyi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində iştirakçılar əvvəlcə Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xocalı faciəsini əks etdirən “Xocalı Qətliamı” adlı sənədli filmə baxılmışdır.
Tədbir Şamaxı Dövlət Regional Kollecin tələblərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etmişdir.