Elimizin əziz bayramı Novruzun müjdəçilərindən – Su çərşənbəsi
Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz yurdumuza öz mübarək qədəmlərini basır.
Bu gün Novruz bayramının əsas atributlarından olan çərşənbələrin birincisi - Su çərşənbəsi Şamaxıda da böyük coşqu ilə qeyd olunmuşdur.
Şamaxı şəhərinin mərkəzi parkında keçirilən bayram şənliyində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak etmişlər.
Bu bayram ərəfəsində elimizin adət-ənənələri, icra etdiyi ayin və mərasimlər nəsildən-nəslə keçərək dövrümüzə gəlib çatmışdır. Bu gün də böyük həvəslə təşkil olunan mərasimlər istər yaşlı, istərsə də gənc nəsil üçün maraq doğurur.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şənlik iştirakçılarını və bütün şamaxılıları Su çərşənbəsi münasibətilə təbrik etmiş, hamıya ən xoş arzularını çatdırmışdır.
İcra başçısı bildirmişdir ki, dünyanın bir çox ölkəsində hökm sürən iqtisadi böhrana baxmayaraq hər il olduğu kimi bu il də xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruz sеvincləri ilə yаşаyаn, füsunkаr təbiəti bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Şamaxıdа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Şamaxı şəhərində, kənd və qəsəbələrdə gеniş аbаdlıq və quruculuq işləri aparılır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə Şamaxının siması sürətlə dəyişir.
Natiq təbrik nitqində həmçinin rayonda abadlıq, quruculuq işlərinin daha geniş vüsət almasından, yeni infrastruktur layihələrin icrasına başlanmasından ətraflı bəhs etmiş, 2017-ci ilin də xalqımız üçün uğurlu illərdən olacağını əminliklə söyləmişdir.
İcra başçısı çıxışının sonunda 2017-ci ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayaraq bildirmişdir ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq nəsib etsin.
Sonra çərşənbə adətlərinə uyğun olaraq tonqal qalanmış, incəsənət ustalarının ifasında mərasim nəğmələri və xalq mahnıları ifa olunmuşdur. Qara zurnanın müşayiəti ilə gənc idmançıların nümunəvi çıxışları, Bahar Qızı, Kosa və Keçəlin meydana daxil olması, tonqalın ətrafında gənc rəqqasların milli musiqinin sədaları altında rəqs etməsi iştirakçılara xüsusi bayram ovqatı bəxş etmişdir.
Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən kiçiyə hər kəsin böyük sevincinə səbəb olmuşdur.