Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir

30 yanvar 2017 | 16:00

Yanvarın 30-da Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncağda rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahnəzər Qasımov hesabat məruzəsi ilə çıxış edərək 2016-cı ildə Şamaxı şəhərinin küçə, park, xiyabanlarının abadlaşdırılması, əhalinin problemlərinin həlli istiqamətində görülmüş işlərdən danışmış, şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat vermişdir. O, ötən il şəhərdə bir neçə obyekt tikilərək istifadəyə verildiyini, rayon Kənd təsərrüfatı İdarəsinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının və yeni körpələr evi-uşaq bağçasının tikintisinin isə başa çatmaq üzrə olduğunu qeyd etmişdir.
Sonra Ağsu Regional Qaz İstismar İdarəsinin Şamaxı xidmət sahəsi üzrə rəis müavini Ağaseyid Məmmədov, rayon Su-Kanal İdarəsinin rəisi Eldəniz Şeydayev və Şamaxı Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsinin müdiri Hacımurad Mahmudov şəhərdə aparılan işlər barədə ətraflı hesabat vermiş, çatışmazlıqların tezliklə aradan qaldırılacağını bildirmişlər.
Daha sonra Şamaxı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Xumar Məmmədova işlədiyi təşkilatın ötən ilki fəaliyyəti barədə məruzə etmişdir. O, bağça üçün yeni binanın tikilib istifadəyə verildiyinə, daimi olaraq ərzaqla təminatına görə, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir.
Hesabatın sonunda rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımov çıxış edərək bildirmişdir ki, dünyanın bir çox ölkəsində yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda ölkə iqtisadiyyatı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-ci ildə də öz dinamik inkişafını qoruyub saxlamış, sosial sahədə bir çox islahatlar aparılmışdır. Rayonumuzda da sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüş, sosial obyektlərin tikintisi, içməli su və kanalizasiya layihələrinin icrası çox ciddi şəkildə davam etdirilmişdir.
Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edildiyini diqqətə çatdıran Qasım Qasımov qeyd etmişdir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuş, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.
Natiq çıxışının sonunda bir daha vurğulamışdır ki, bu gün ölkəmizin hərtərəfli inkişafı Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən sosial-iqtisadi siyasətinin nəticəsidir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ölkənin sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

Keçidlər