Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxının Nağaraxana kəndində 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir

25 yanvar 2017 | 16:00

Yanvarın 25-də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin iştirakı ilə Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayonun idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri və Nağaraxana kənd sakinləri iştirak etmişlər.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid Həsənov hesabat məruzəsi ilə çıxış edərək 2016-cı ildə republikamızda, rayonda, eləcə də kənd inzibati ərazi dairəsində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, nümayəndəlik tərəfindən ötən il ərzində əhalinin müraciətlərinin vaxtında həll edildiyini qeyd etmiş, ərazidə yaşayan azsaylı xalqların nümayəndələrinə xüsusi diqqət göstərildiyini, onların problemlərinin həlli istiqamətində vaxtında işlər görüldüyünü bildirmişdir. Məruzəçi eyni zamanda ölkədə sosial-iqtisadi sahədə aparılan islahatların kənd əhalisində dövlətə, Prezident cənab İlham Əliyevə olan inamını daha da artırdığını vurğulamışdır.
Yığıncaqda çıxış edən kənd sakinləri Məhəmmədəli Həsənov, İqbal Məmmədov və Alı Osmanov kənd təsərrüfatı ilə məşğul olan əhali olaraq daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər kəndin içməli su xəttinin, yüksək gərginlikli elektrik xətlərinin əsaslı təmirini və kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini rayon rəhbərliyindən xahiş etmişlər.
Sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı 2016-cı ildə də öz dinamik inkişafını qoruyub saxlamış, sosial sahədə aparılan siyasət uğurla davam etdirilmişdir. Rayonumuzda da sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüş, sosial obyektlərin tikintisi, içməli su və kanalizasiya layihələrinin icrası çox ciddi şəkildə davam etdirilmişdir.
Yekunda kənd sakinləri sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqətində olduğuna, ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda, eləcə də Nağaraxana kəndində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər