Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Şamaxıdakı Şəhidlər Xiyabanında anım mərasimi keçirilib

20 yanvar 2017 | 16:00

Anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ictimaiyyət nümayəndələri, rayon gəncləri və məktəblilər iştirak etmişlər.
Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur.
Ziyarətə gələn rayon əhalisi məzarları təzə-tər çiçəklərə bürümüş və şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklillər düzmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinlərindən Məmmədov Vidadi Üzeyir oğlunun və İsrayılov Ağanəzər Araz oğlunun məzarlarını ziyarət etmiş və ailə üzvləri ilə birlikdə ehsan süfrəsində onların qayğılarından söhbət açmışdır. İcra başçısı qeyd etmişdir ki, 20 Yanvar xalqımızın qürur və qəhrəmanlıq tarixidir. Biz ölkənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizlə fəxr edirik. Onların əziz xatirəsi həmişə olduğu kimi, bu gün də Şamaxıda böyük ehtiramla yad olunur və qəlbimizdə əbədi yaşayacaqdır.

Keçidlər