Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda konfrans keçirilmişdir

09 dekabr 2016 | 16:00

Dekabrın 9-da Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, mədəniyyət işçiləri, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirilmişdir.
Tədbirdən əvvəl iştirakçılar müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.
Sonra Mərkəzə toplanan tədbir iştirakçıları burada Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolara baxmışlar.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova açaraq Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafındakı tarixi xidmətlərindən danışmışdır. Dahi rəhbər Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışan natiq bu təcrübənin dərindən öyrənilməsinin zəruriliyini qeyd etmiş, Ümummilli lider Heydər Əliyev siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, ölkəmizdə qazanılan nailiyyətləri diqqətə çatdırmışdır.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycanın keçdiyi çətin və şərəfli yoldan danışmış, Ümummilli lider Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil etdiyini qeyd etmişdir. Ulu Öndərin bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək olduğunu, uzun illər öz dövlətçiliyindən və milli mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olduğuunu vurğulamışdır.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi Şahin Mirzəyev, rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, rayon Ağsaqqallar Şurasının sədi Mayıl Alıcanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov və başqaları çıxış edərək qeyd etmişlər ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim -azərbaycançılıq ideologiyasını da yaratdı.

Keçidlər