Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22 noyabr 2016 | 16:00

Noyabrın 22-də Şamaxıda Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və ədliyyə işçilərinin qatıldığı tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki parkda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Sonra Heydər Əliyev Mərkəzinə toplanan tədbir iştirakçıları Mərkəzdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolara baxmışlar.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirakçıları ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək çətin və şərəfli peşələrində onlara uğurlar arzulamışdır. Rayon rəhbəri ölkəmiz müstəqillik qazandıqdan sonra ədliyyə sisteminin Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri ilə formalaşmasından danışmış, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədliyyə işçilərinə daimi diqqət və qayğısının olduğunu qeyd etmişdir.

Keçidlər