Şamaxıda Çexiya Səfirliyinin təşəbbüsü ilə enerji səmərəliliyi üzrə layihənin açılışı olmuşdur
Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Səfirliyinin təşəbbüsü ilə həyata keçiriləcək enerji səmərəliliyi üzrə layihəsinin açılışı üçün noyabrın 21-də Şamaxı rayonuna səfər etmişdir.
Səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə görüş keçirilmiş, dostluq və səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Asif Ağayev Şamaxının tarixi və mədəniyyəti barədə məlumatlar vermiş, rayonun inkişafından, son vaxtlar həyata keçirilən layihələrdən, fəaliyyət göstərən müəssisələrdən danışmışdır. Səfir Çexiya-Azərbaycan əlaqələrindən söz açaraq, ölkələrimiz arasında iqtisadi və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu qeyd etmişdir.
Şamaxıdakı Şirvan otelində layihənin rəsmi açılış mərasimi keçirildikdən sonra rayonun Qaravəlli kəndində rəsmi görüş olmuş, daha sonra Belarusiyadan dəvət olunmuş mütəxəssis tərəfindən rayonun müxtəlif ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirlərinin iştirakı ilə seminar keçirilmişdir.