Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə “dəyirmi masa” keçirilmişdir

21 noyabr 2016 | 16:00

21 noyabr 2016-cı il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə “dəyirmi masa” keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, YAP Şamaxı rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və gənclər iştirak etmişlər.
İştirakçılar əvvəlcə şəhərin mərkəzindəki parkda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbir iştirakçılarını salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə təbrik etmiş, onlara siyasi fəaliyyətlərində uğurlar arzulamış, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın 24 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllindəki müstəsna xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, öz gücünü Ulu Öndər Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyası ötən 24 il ərzində böyük bir inkişaf yolu keçmiş və bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır, gələcəyə doğru inamla irəliləyir.
Sonra Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, rayon Ağsaqqallar Şurasının sədi Mayıl Alıcanov və başqaları çıxış edərək bildirmişlər ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoymuş, bununla da, sözün əsl mənasında ümumxalq partiyasına çevrilmişdir.

Keçidlər