Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda növbəti qanvermə aksiyası keçirilmişdir

07 noyabr 2016 | 16:00

Noyabrın 7-də Şamaxı Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.
Talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə rayonda keçirilən növbəti qanvermə aksiyasında rayonun icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, YAP Şamaxı Rayon Təşkilatının üzvləri və rayonda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdirmişlər. Qan vermək üçün 200 nəfərdən çox rayon sakini müraciət etmiş, 135 nəfərdən qan götürülmüşdür.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah iş olduğunu bildirmiş, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etmişlər.
Aksiya zamanı əldə olunan qan ehtiyatı Respublika Mərkəzi Qan Bankına göndərilmişdir.

Keçidlər