Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda yeni körpü istifadəyə verilmişdir

08 oktyabr 2016 | 16:00

Oktyabrın 8-də Şamaxı rayonunun Dəmirçi kəndində, eyni adlı çayın üzərində tikilən körpü istifadəyə verilmişdir.
Körpünün açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birrell, hər iki şirkətin vitse-prezidentləri, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasimdə bildirilmişdir ki, Dəmirçi çayı üzərində tikilmiş körpü ümumi əhalisi min nəfərədək olan 3 kəndi Şamaxı rayonunun mərkəzi ilə əlaqələndirəcək.
Kənd sakinləri qarşısında çıxış edən Rövnəq Abdullayev bildirmişdir ki, körpünün inşası Prezident cənab İlham Əliyevin göstərişi əsasında həyata keçirilmişdir: “İnfrastrukturun yeniləşməsi nəticəsində tezliklə sizin kəndlər də gözəlləşəcək. Hətta, Lahıcı da ötüb keçəcək. Bundan sonra kəndinizə turistlər daha da çox gələcək”.
SOCAR-ın prezidenti vurğulamışdır ki, dövlət başçısının göstərişi ilə Şamaxı rayonunun kəndlərinin bütün infrastrukturu yenilənəcək, bütün evlərin dam örtüyü, darvazaları, elektrik və qaz xətləri yenilənəcəkdir.

Keçidlər