Şamaxıda davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsinə dair seminar keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi layihəsi” çərçivəsində Şamaxıda seminar keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən seminarı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova qonaqları salamlayaraq mövzunun aktuallığını diqqətə çatdırmış, seminarın işinə uğurlar arzulamışdır.
Sonra Dövlət İdarəçilik Akademiyası İnzibati İdarəetmə fakultəsinin dekanı, professor Çingiz İsmayılov məruzə ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, bu gün ölkəmizdə bütün sahələrdə dinamik inkişafın təmin edilməsi dünyanın qabaqcıl ölkələrinin təcrübəsini, müasir elmi-texniki yenilikləri yaxşı bilən potensial kadr ehtiyatlarından çox asılıdır və bu məsələ günün ümdə vəzifəsidir. Təsadüfi deyil ki, dövlət kadr potensialının təkmilləşdirilməsinə böyük önəm verir.
Sonra seminar diskussiya şəraitində davam etdirilmişdir.