Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Günü Şamaxıda təntənəli bayram tədbiri ilə qeyd olunmuşdur

14 iyun 2016 | 16:00

Şamaxıda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə geniş bayram tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu Öndərə öz hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər.
Tarixi bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən bəhs edərək Milli Qurtuluşun Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası olduğunu, müasir tariximizin Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdiyini bildirən rayon rəhbəri, Azərbaycanın sürətli və dinamik inkişafının məhz Qurtuluş günü ilə başlamasını bir daha vurğulayaraq Heydər Əliyev siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Rəsmi hissədən sonra bayram konserti ilə davam edən tədbirdə tanınmış incəsənət ustalarının ifasında səsləndirilmiş Ulu öndər Heydər Əliyevə, onun şah əsəri olan müasir, müstəqil Azərbaycana həsr olunmuş mahnılar tamaşaçıların arası kəsilməyən alqışlarına səbəb olmuşdur.

Keçidlər