Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şamaxıda da qeyd edilmişdir

01 iyun 2016 | 16:00

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Şamaxı Rayon Qeydiyyat Şöbəsi və Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə son bir ayda anadan olmuş uşaqlara doğum haqqında şəhadətnamələrin verilməsi ilə bağlı təqdimat mərasimi keçirilmişdir.
Şamaxı Mərkəzi Rayon Xəstəxanasında keçirilən tədbirdə rayon Qeydiyyat Şöbəsinin rəisi Səidə Novruzova, xəstəxananın doğum şöbəsinin müdiri Nəzakət Abdulrazaqova və başqaları çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından bəhs etmiş, bu qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirmişlər.
Çıxışlarda uşaqların fiziki və mənəvi sağlamlığının cəmiyyətin gələcək inkişafında müəyyənedici amillərdən biri olduğu vurğulanmışdır.
Sonda bu ilin may ayında anadan olmuş 30 uşağın doğum haqqında şəhadətnaməsi onların valideynlərinə təqdim edilmişdir.

Keçidlər