Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda abadlıq və quruculuq işləri davam etdirilir

16 oktyabr 2012 | 15:00

Şamaxı bu gün yeni inkişaf dövrünü yaşayır. Abadlıq və quruculuq işlərinin dinamik inkişafı rayon sakinləri tərəfindən razılıq hissi ilə qarşılanır.
Şəhərin mərkəzi küçələrindən biri olan “Şirvan” küçəsinin siması tamamilə dəyişdirilir. Küçədə yerləşən ictimai və inzibati binaların, fərdi yaşayış evlərinin fasadlarına milli memarlıq üslubunda yeni üzlük material çəkilmiş, dam örtükləri, binaların küçəyə baxan hissəsində yerləşən qapı və pəncərələri dəyişdirilmiş, müasir işıqlanma dayaqları quraşdırılmış və yeni səkilər çəkilmişdir. Küçədə su, kanalizasiya və qaz xətlərinin çəkilişi başa çatdırılaraq asfaltlama işlərinə başlanılmışdır. Bu işlər həmçinin şəhərin digər küçələrində də davam etdirilir.
Heydər Əliyev küçəsindəki mövcud istinad divarları milli memarlıq üslubunda bəzədilmiş, səki daşları dəyişdirilmiş, səkinin üst örtüyünə mozaik piltələr döşənilmiş və sel sularından qorunması məqsədilə suötürücüləri çəkilmişdir.Hazirda bu küçədə yerləşən fərdi yaşayış evlərin dam örtukləri yenidən xüsusi materiallarla əvəzlənir.
N.Nərimanov küçəsinin abadlaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. Küçəyə bütünlüklə ikiqat yeni asfalt örtük vurulmuş, sel sularından qorunması məqsədilə suötürücüləri çəkilərək səki daşları dəyişdirilmiş və üzərinə asfalt örtük salınmışdır. Şəhərin S.Ə.Şirvani və digər küçələrində,eləcə də böyük şairimiz İmadəddin Nəsiminin adını daşıyan parkda da abadlıq və əsaslı təmir işləri aparılaraq rayon sakinlərinin istifadəsinə verilmişdir.
Rayonun giriş hissesində yerləşən inzibati binada işlər sürətlə davam etdirilir.

 

Keçidlər