Şamaxıda Ulu Öndərin əziz xatirəsi yad edildi
Mayın 10-da Şamaxıda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mərasim keçirilmişdir.
Minlərlə şamaxılı rayonun mərkəzi meydanına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu Öndərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar və meydana toplaşan minlərlə şamaxılı Azərbaycan xalqının Ümummillli lideri Heydər Əliyevi hörmətlə anaraq abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər.
Mərasim Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən filmin nümayişi ilə davam etdirilmişdir.
Mərasimdən sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə, təşkilatlarının kollektivləri və sakinlərin, təxminən 4350 nəfərin iştirakı ilə keçirilən iməcilik zamanı şəhərin bütün park, bağ və xiyabanlarında, avtomobil yollarının kənarlarında abadlıq və yaşıllaşdırma işləri aparılmış, 2750 ədəd həmişəyaşıl ağac, 2 min ədəddən çox gül və bəzək kolları əkilmişdir.