Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Böyük Vətən müharibəsində Qələbənin 71 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir

06 may 2016 | 16:00

06 may 2016-cı il tarixdə Şamaxıda Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 71 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək veteranlara təbriklərini çatdırmış, faşizm üzərində möhtəşəm qələbənin onların sayəsində əldə edildiyini vurğulamışdır. Veteranların müharibədən sonra ölkəmizin quruculuq işlərində fəal iştirak etdiklərini və hazırda gənclərimizin hərbi-vətənpərvərlik ruhunda  böyümələrinə böyük töhfə verdiklərini bildirmişdir.
Asif Ağayev həmçinin diqqətə çatdırmışdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə yüksəlişə doğru dönüşün əsası qoyulduğu kimi, müharibə veteranlarına bəslənən ögey münasibət də birdəfəlik aradan qaldırılmış, veteranlar yenə də hörmət və ehtiram, qayğı ilə əhatə olunmuşlar. Natiq ölkə Prezidenti cənab İlham Əliyevin bu qrupdan olan insanlara davamlı qayğısından da ətraflı danışmışdır.
Görüşdə çıxış edən rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Ağarza Bayramov və Böyük Vətən müharibəsinin iştirakçıları dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduqlarından böyük razılıqla danışmış, bu diqqət və qayğıya görə Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini və rayon rəhbərliyinə də öz razılıqlarını ifadə etmişlər.
Rəsmi hissəsindən sonra tədbir veteranlar üçün təşkil olunmuş bayram süfrəsi arxasında davam etmişdir.

Keçidlər