Şriftin ölçüsü :

Saytın rəngi :

"Tour d’Azerbaidjan-2016" veloyürüşünün iştirakçıları Şamaxıda

05 may 2016 | 16:00

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2016" beynəlxalq veloyürüşünün iştirakçıları Şamaxı rayonu ərazisindən keçmişlər.
Veloyürüşün 2-ci mərhələsi çərçivəsində iştirakçılar Veloparkdan start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər. Paytaxtı tərk edən velosipedçilər Qobustan rayonundan sonra Şamaxı rayonu ərazisindən keçməklə ümumilikdə 186,5 km qət etmiş və İsmayıllıda qalibi müəyyənləşdirmişlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan və beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu 5 mərhələdən ibarətdir və velosipedçilər beş gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 kilometrdən çox məsafə qət edəcəklər.
Qeyd edək ki, builki yarışda 19 ölkədən 21 komanda mübarizə aparır ki, onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, biri isə milli komandadır.

Keçidlər