Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan alveri və zorakılığa yox deyək”

11 oktyabr 2012 | 15:00

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının müvafiq bəndinin icrasının təmin olunması və insan alveri ilə bağlı gənclərin məlumatlılığının artırılması məqsədi ilə Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən 10 oktyabr 2012-ci il tarixində saat 1600-da Şamaxı Mədəniyyət evinin akt zalında rayonda fəaliyyət göstərən ali, orta ixtisas təhsil müəssisələrinin tələbələri və ümumtəhsil orta məktəblərinin şagirdləri arasında “İnsan alveri və zorakılığa yox deyək” devizi altında mədəni-kütləvi aksiya keçirildi.
Keçirilən tədbirə ali, orta ixtisas və ümumtəhsil orta məktəblərinin 300 nəfərə yaxın gənci cəlb olunmuşdur. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər şöbəsinin baş məsləhətçisi Rüstəm Abdullayev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Samir Qarayev iştirak edirdi. Tədbiri Gənclər və İdman idarəsinin rəisi acıq elan etdi. Sonra Natiqlər İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planınının icrası çərçivəsində gənclərə geniş məlumat verdilər. Rəsmi hissə başa çatdıqdan sonra respublikanın tanınmış gənc istedadlı müğənliləri, yeni ulduz müsabiqəsinin iştirakçıları Elvin Babayev və Zəka Zeynalov, evrovision müsabiqəsinin iştirakçıları Anar Səfərov, Nadya Mikayıl və Elvin Babazadə öz rəngarəng konsert proqramlarını rayon gənclərinə təqdim etdilər.
 

Keçidlər