Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir

27 aprel 2016 | 16:00

27 aprel 2016-cı il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin növbəti qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Qəbul zamanı 35 nəfər vətəndaşın müraciəti dinlənilmişdir.
Vətəndaşlar tərəfindən edilmiş əsasən torpaq, mənzil-məişət problemləri, maddi yardım, əhalinin sosial müdafiəsi, işlə təminat və kənd təsərrüfatı məsələlərinə dair müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə nəzarətə götürülmüşdür. Qaldırılan məsələlərin  həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.

Keçidlər