Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda növbəti ağacəkmə aksiyası keçirilmişdir

20 aprel 2016 | 16:00

Zəngin tarixi keçmişə və füsunkar təbiətə malik Şamaxıda son illər aparılmış abadlıq və quruculuq işləri nəticəsində rayonun sürətlə yaşıllıqlara çevrilməsi onun gözəlliyini daha da artırmışdır.
Rayonun mərkəzindəki Heydər Əliyev parkında, Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, şəhərin küçə, park və yaşayış ərazilərində, avtomobil yollarının kənarlarında kütləvi iməciliklər keçirilir, ağaclar əkilir, yaşıllıqlara daimi qulluq göstərilir.
20 aprel 2016-cı il tarixdə Şamaxıda növbəti ağacəkmə aksiyası keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və idarə, müəssisə, təşkilatların kollektivləri ilə yanaşı sakinlər də aksiyaya həvəslə qoşulmuşlar. Aksiya zamanı şəhərin küçə və parklarında səliqə-sahman yaradılmış, təmizlik işləri aparılmış, ağaclar ağardılmış, müxtəlif növlərdən ağac, gül və bəzək kolları əkilmişdir. Təzə əkilən ağac və kollar suvarılmış, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilmişdir.

Keçidlər