Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxılıların diqqəti Prezident və Ali Baş Komandanın sərəncam və əmrlərinin icrasına yönəlmişdir

05 aprel 2016 | 16:00

Şamaxıda rayon ictimaiyyəti nümayəndələrinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı və cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar xalqa müraciətinə həsr olunmuş toplantısı keçirilmişdir.
Toplantıda əvvəlcə döyüşlərdə şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbiri açaraq qeyd etmişdir ki, aprelin 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu ərazilərimizdə baş verən hadisələr bir daha göstərir ki, Ermənistan sülh yox, təxribatlara əl ataraq münaqişənin sonu olmayan prosesə çevrilməsini istəyir. Rayon rəhbəri xüsusi vurğulamışdır ki, baş verən hadisələrdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilmiş, Ali Baş Komandan son hadisələrin Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatı olduğunu qeyd etmiş, Ermənistanın bütün beynəlxalq normaları pozduğunu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını, digər təşkilatların qərar və qətnamələrini saymadığını bildirmişdir.
İcra başçısı çıxışının sonunda vurğulamışdır ki, Prezident cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı nitqi bir daha hər birimizi səfərbər etmişdir.
YAP Şamaxı rayon təşkilatının sədri, rayonun ağsaqqal və ziyalıları, Qarabağ müharibəsi iştirakçıları, əsgər anaları və gənclər çıxış edərək, torpaqlarımızın düşməndən azad olunması, Vətənin bütövlüyü uğrunda vuruşmağa hazır olduqlarını, Prezident cənab İlham Əliyevi daim dəstəklədiklərini qeyd etmişlər. Çıxışlarda bildirilmişdir ki, ölkə başçısının Təhlükəsizlik Şurasının iclasındakı nitqi hər bir şamaxılıda vətənpərvərlik hissini, döyüşmək, səfərbərlik ruhunu daha da artırmışdır.
Sonda Prezident cənab İlham Əliyevin ünvanına toplantı iştirakçıları adından müraciət qəbul edilmişdir. Müraciətdə dərin inamla qeyd edilmişdir ki, torpağlarmızın azadlığı uğrunda Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər bir şamaxılı döyüşə hazırdır.

Keçidlər