Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunun 4 kəndində yeni məktəb binası istifadəyə verilmişdir

15 sentyabr 2012 | 15:00

Samaxı rayonunun 4 kənd yaşayı məntəqəsində məktəblər üçün yeni binaların açılış mərasimləri keçirilmişdir. Tədris ocaqlarının hamısı-Göylər kəndində 360, Həmyəlidə 180, Kərkəncdə 80 və Qonaqkənddə 80 yerlik məktəb binaları dövlət vəsaiti hesabına inşa olunmuşdur. Binaların hər biri istilik sistemi ilə təchiz edilmiş, habelə bütün lazımi inventar və avadanlıqla tam təmin olunmuşdur.
Açılış mərasimlərində çıxış edən Şamaxı RİH başçısı Asif Məmmədov Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qaygısından, bu sahədə həyata keçirilən layihələrindən danışmışdır. Habelə Heydər Əliyev Fondunun bu sahədəki xidmətlərindən də geniş bəhs etmişdir. Göstərilmişdir ki, son beş ildə Şamaxıda bu gün istifadəyə verilən 4 təhsil ocağı da daxil olmaqla 18 məktəb üçün yeni bina tikilmişdir. Bu məktəb binalarından 5-i Heydər Əliyev Fondunun təsəbbusu ilə insa edilmisdir.
Hazırda Böyük Xınıslı, Cabanı və II Çaylı kəndlərində də təzə məktəb binaları tikilir və hər üç binanın cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Mərasimlərdə ziyalılar, kənd ağsaqqalları ölkədə təhsilin yüksək səviyyədə inkişafına göstərilən diqqət və qaygıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər