Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır

31 mart 2016 | 16:00

Respublikanın bütün bölgələrində olduğu kimi, 31 mart soyqırımı qurbanlarının xatirəsi Şamaxıda da anılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsinin önünə gələrək tər çiçəklər düzmüş, qanlı hadisələrdə həlak olanların xatirəsini yad etmişlər.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində davam etdirilmiş tədbirdə iştirakçılar əvvəlcə 31 mart faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirin sonunda 1918-ci ildə Şamaxıda törədilən qanlı hadisələrdən bəhs edən sənədli film və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər