Şriftin ölçüsü :

Saytın rəngi :

Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Şamaxı rayonuna səfər etmişdir

14 mart 2016 | 16:00

Meksikanın Azərbaycandakı səfiri cənab Xuan Rodrigo Labardini Flores martın 14-də Şamaxı rayonuna səfər etmişdir.
Səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə görüş keçirilmiş, dostluq və səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Asif Ağayev Şamaxının tarixi və mədəniyyəti barədə məlumatlar vermiş, rayonun inkişafından, son vaxtlar həyata keçirilən layihələrdən, fəaliyyət göstərən müəssisələrdən danışmışdır. Səfir Meksika-Azərbaycan əlaqələrindən söz açaraq, ölkələrimiz arasında əməkdaşlığın potensialı, qarşılıqlı tanıtıma və yaxınlaşmaya xidmət edən milli mədəniyyətlər arasındakı oxşarlıqları qeyd etmişdir.
Görüşdən sonra Rodrigo Labardini Şamaxının tarix və mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq Muzeyi, Cümə məscidi və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olmuşdur.

Keçidlər