Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Novruz bayramına həsr olunmuş konsert keçirilmişdir

11 mart 2016 | 16:00

Novruz bayramı münasibətilə martın 11-də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin və Bakı şəhər Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin birgə konserti keçirilmişdir.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilmiş konsertdən əvvəl qonaqlar və digər iştirakçılar mərkəzin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar.
Konsertdə ilk olaraq İncəsənət Təhsili Mərkəzinin Xalq çalğı alətləri orkestrinin ifasında Müslüm Maqomayevin “Radio marşı” ifa olunmuşdur. Daha sonra respublika və beynəlxalq müsabiqələrin laureatları və diplomantlarının ifasında Vasif Adıgözəlovun “Bayram süitası”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından hissələr və xalq mahnıları səslənmişdir.
Konsertdə çıxış edən şagirdlərdən Könül Məhərrəmovanın, Elgün Əzizlinin, Ayşən Eminlinin və Murad İbrahimovun ifaları tamaşıçılarda xoş ovqat yaratmış, arası kəsilməyən alqışlara səbəb olmuşdur.

Keçidlər