Şamaxıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir
8 mart 2016-cı il tarixdə Şamaxıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qadınların şəninə təşkil olunmuş təntənəli bayram tədbiri keçirilmişdir.
100-ə yaxın Şamaxı xanımının iştirak etdiyi bayram tədbirini rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev açmışdır. O, cəmiyyətdə və ailədə qadınların rolundan danışmış, onların ictimai həyata, ailəyə mənəvi dayaq olduqlarını söyləmişdir. Rayon rəhbəri vurğulamışdır ki, Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.
Sonra Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Mariya Kojevnikova, rayon Məhkəməsinin sədri Təranə Hüseynova və başqaları təbrik nitqi söyləyərək qadınları təbrik etmişlər.
Bədii hissə ilə davam edən bayram tədbirində tanınmış incəsənət ustalarının ifasında səslənmiş muğamlar, xalq mahnıları tədbir iştirakçılarına xüsusi ovqat bəxş etmişdir.