Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

26 fevral 2016 | 16:00

Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar fevralın 26-da Şamaxıda faciə qurbanlarının xatirəsi anılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Tədbirin keçirildiyi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində iştirakçılar əvvəlcə Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xocalı faciəsini əks etdirən “Xocalı Qətliamı” adlı sənədli filmə baxılmışdır.
Tədbir məktəblilərin ifasında “26 fevral Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda ədəbi-bədii kompozisiya ilə davam etmişdir.

Keçidlər