Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

22 fevral 2016 | 16:00

19 fevral 2016-cı il tarixdə Şamaxıda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər.
Sonra tədbirin keçirildiyi rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, habelə Şamaxının milli mətbəxinin nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Rayon rəhbəri çıxışında ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar, rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi xüsusi diqqət mərkəzində olmuşdur. 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondun tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 56 sahibkara əvvəlki illərdə verilmiş kreditlərin qayıdışı hesabına 757,5 min manat məbləğində güzəştli kreditlər verilmişdir.
Tədbirdə çıxış edənlər 2015-ci ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, mövcud problemlərdən söhbət açaraq, aqrar bölmənin və sahibkarlığın inkişafı ilə bağlı təkliflərini bildiriblər.
Sonra müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Yığıncaq iştirakçıları adından Prezident cənab İlham Əliyevə müraciət qəbul edilib.

 

 

 

Keçidlər