Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

13 sentyabr 2012 | 15:00

Sentyabrın 12-də mədəniyyət sarayında rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyaraq xalqımızın ümummilli liderinə məhəbbət və ehtiramlarını ifadə etmişlər.
Tədbirdə Dövlət himni səsləndirildikdən sonra rayon təhsil şöbəsinin müdiri Səadət Veysova ötən dərs ilinin yekunları və növbəti tədris ilində qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında müzakirələrdə humanitar, texniki və təbiyyət təmayyüllü liseyin direktoru Fəqani Tapdıqov, həmin liseyin müəllimi Pənah İsmayılov, Sabir qəsəbə tam otra məktəbinin direktoru, “İlin müəllimi” müsabiqəsinin qalibi Gülnur Hacıyeva, bu il rayon üzrə ən yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuş İlqar Eyyubov, Y. Məmmədəliyev adına qəsəbə tam orta məktəbin direktoru İlqar Qəhrəmanov, rayon icra hakimiyyəti başçısının Çuxuryurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəşir Bayramov, Nağaraxana bələdiyyəsinin sədri Eyvaz Hüseynov iştirak etmişlər.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov çıxış edərək ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli təhsil sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə olunmuş uğurlardan ətraflı söhbət açmış və bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi olaraq qeyd etmişdir. Daha sonra natiq ötən dərs ilində rayonumuzda görülmüş işləri qiymətləndirməklə yanaşı qarşıda duran mühüm və təxirəsalınmaz vəzifələr barədə də geniş danışmışdır.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Təranə Hacıyeva çıxış edərək əsas diqqəti qarşıda duran vəzifələrin bundan sonra da uğurla yerinə yetirilməsinə yönəltmişdir.
Konfransda rayon təhsil şurasının yeni tərkibi seçildikdən sonra Şamaxının təhsil işçiləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul edilmişdir.
 

Keçidlər