Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə və Yeni ilə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

30 dekabr 2015 | 16:00

Dekabrın 30-da Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı böyük təntənə ilə qeyd edilmişdir.
Şəhərin mərkəzindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən bayram mərasimində rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin rayon əhalisinə təbriki çatdırılmış, ümummilli lider Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinin formalaşmasındakı əvəzsiz xidmətlərindən, onun təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin öz milli dövləti ətrafında sıx birləşməsindən geniş söhbət açılmışdır.
Diqqətə çatdırılmışdır ki, azərbaycançılıq və vətənpərvərlik prinsipləri bu gün dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayonun musiqi kollektivləri, Şaxta baba, Qar qız və nağıl qəhrəmanları tədbir iştirakçılarına xoş ovqat bəxş etmişlər.
Sonda uşaqlara bayram hədiyyələri təqdim olunmuşdur.

Keçidlər