Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbələrlə görüş keçirilmişdir

08 sentyabr 2012 | 15:00

Məlum olduğu kimi, artıq respublikanın ali məktəblərinə qəbul imtahanları başa çatmışdır. Böyük iftixar hissi ilə xatırlatmaq yerinə düşər ki, bu ilki qəbul Şamaxı rayonu üçün də uğurlu olmuşdur. Belə ki, 2012-ci ildə sənəd verən 295 nəfər məzundan 129 nəfəri uğurla imtahan verərək tələbə adını qazanmışdır. Rayon üzrə 8 nəfər məzun 600-dən, 10 nəfər məzun isə 500-dən çox bal toplamağa nail olmuşdur.
Avqustun 7-də rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ilk dəfə Heydər Əliyev adına parkda Şamaxı rayonu üzrə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş tələbələrlə rayon ictimaiyyətinin görüşü keçirilmişdir. Görüşdə rayon təhsil şöbəsinin müdiri Səadət Veysova, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, humanitar, texniki və təbiyyət təmayüllü liseyin direktoru Fəqani Tapdıqov, valideyn Əlşah Eyyubov, Pənah İsmayılov, rayon qadınlar şurasının sədri Nəzakət Abdulrazaqova və başqaları çıxış edərək əldə olunmuş uğurlarla yanaşı son bir il ərzində təhsilə göstərilən diqqət və qayğı üçün rayon icra hakimiyyətinə öz minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov rayon üzrə respublikanın müxtəlif ali məktəblərinə qəbul olunan tələbələri təbrik edərək onlara təhsildə və həyatlarında yeni-yeni uğurlar arzulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, həmçinin Heydər Əliyev Fondunu prezidenti Mehriban xanım Əliyeva tərəfindən təsilə göstərilən hərtərəfli qayğıdan ətraflı söhbət açmış və bu sahədə qazanılmış bütün uğurların bu diqqətin nəticəsi olduğunu bildirmişdir.
Musiqi ilə müşayət olunan tədbirdə rayonun incəsənət ustalarından Zamir Tarverdiyevin, Şöhrət Fətiyevin, Vəfa Rəsulovanın, Elməddin Qocayevin, respublikanın Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad İsrafilovun, Aşıq Rza Məmmədovun, uşaq İncənət məktəbinin şagirdlərinin və başqalarının çıxışları alqışlarla qarşılanmışdır.
Görüşün sonunda Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov tərəfindən qəbul zamanı rayon üzrə ən yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim olunmuş və onlarla birlikdə Xatirə şəkli çəkilmişdir.
 

Keçidlər