Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə silsilə tədbirlər keçirilir

29 dekabr 2015 | 16:00

Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə silsilə tədbirlər keçirilir.
Maraqlı bayram tədbirlərindən biri də uşaqlar üçün mədəniyyət və istirahət parklarının gəzintisinin təşkilidir. Hər gün rayonun orta ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri və körpələr evi-uşaq bağçalarının uşaqları üçün şəhərin mərkəzindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda quraşdırılmış yolka ətrafında bayram tədbirləri keçirilir. Müəllimlər, tərbiyəçilər, eləcə də valideynlərin nəzarəti ilə parka gələn uşaqlar Şaxta baba və qar qızın iştirakı ilə yolka ətrafında dövrə vurur, nəğmələr oxuyur, rəqs edir, Yeni ilin rəmzi qəhrəmanları ilə xatirə fotoları çəkdirirlər.
Olduqca maraqlı və əyləncəli şəraitdə keçən şənliklər uşaqların böyük sevincinə səbəb olur.

Keçidlər